Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada soyqırım törədən İsrail ordusunun ölkəyə qarşı hava hücumlarını davam etdirdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, açıqlamaya görə, ötən gün qatil İsrailin Livanda həyata keçirdiyi hücumlarda 16 nəfər şəhid olub, 90 nəfər yaralanıb və sionist İsrail ordusunun Livana hücumları nəticəsində şəhid olanların sayı 3 min 2 nəfərə çatıb.
Açıqlamada, İsrailin qanlı hücumlarında yaralananların sayının 13 min 492-yə yüksəldiyi bildirilib.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 539 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.