Livanda 70 məhbus həbsxanadan qaçıb

Livanda 70 məhbus həbsxanadan qaçıb

Məhbuslar Beyrutun şərqində yerləşən Bəabda həbsxanasından qaçıb

Rasthaber İran mediasına istinadən xəbər verir ki, bu gün səhər Beyrutun şərqində yerləşən Bəabda həbsxanasından 70 məhbus qaçıb.

Məlumata görə təhlükəsizlik qüvvələri məhbuslardan 9-nu ələ keçiriblər.

Ölkə polisi qaçan məhbuslardan 5-nin Beyrut ətrafında baş verən avtomobil qəzasında öldüyünü bildirib.

Qaçanlar arasında təhlükəsizlik məsələlərilə bağlı həbs edilmiş məhbusların olduğu deyilir.

Xəbəri paylaş

VİDEOLAR