Livan prezidenti Hizbullahı qəti şəkildə dəstəkləyərək işğalçılara müqavimət göstərməyin terror olmadığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Livan prezidenti Mişel Aun İtaliya mətbuatına müsahibədə deyib:
“Suriya və Livanın bəzi hissələri hələ də İsrailin işğalı altındadır və onlar azad edilərsə, onların hüquqlarını qorumaq üçün sülh danışıqlarına başlaya bilər. İşğalçılara qarşı müqavimət terror deyil və Livan cəmiyyətinin bir parçası olaraq cənubu İsrail işğalçılarından azad edən Hizbullahdır. Hizbullah Livanın daxili təhlükəsizlik reallığına heç bir mənfi təsir göstərmir".
Mişel Aun konstitusiyanın daha yaxşı həyata keçirilməsi üçün hərtərəfli mərkəzsizləşdirmə axtarışında olduğunu ifadə edərək bildirib:
"Beyrut limanında baş verən partlayışda ədalət təmin ediləcək”.
Mişel Aun Ukraynadakı vəziyyətin Livana təsirinə də diqqət çəkərək deyib: "Ukraynada müharibə təhlükəsi çox genişdir və yeganə yol sülhə nail olmaqdır. Ən yaxşı yol BMT-nin nəzarəti altında aparılan danışıqlardır".