Livan Parlamenti ikinci cəhddə də prezidenti seçə bilməyib

Livan Parlamenti ikinci cəhddə də prezidenti seçə bilməyib

Livan Parlamenti bu gün prezidentin müəyyənləşməsi üçün səsvermə keçirsə da nəticəsiz qalıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, az öncə Livan mətbuatı bildirib ki, bu gün keçirilən Parlament səsverməsi də nəticəsiz qalıb.

Prezidentliyə namizədlərin heç biri səs çoxluğunu əldə edə bilməyib.

Məlumata görə, bu səsvermədə Mişel Moavvad 42 səs toplayıb, 55 nümayəndə boş, ağ kağızı qutuya atıb, 17 seçki bülletenində də “Yeni Livan” sözü yazılıb. Bir nümayəndə də öz kağızına “Milad Bomlehab”ın adını yazıb və 4 səs etibarsız sayılıb.

Qeyd edək ki, Livan Parlamentinin prezidenti seçmək üçün bu iclası car ayda ikincidir. Gələn səsvermə oktyabr ayının 24-də olacaq.

Xəbəri paylaş

VİDEOLAR