Livandan sionist İsrailin Təl-Əviv bölgəsinə atılan 5 raketin bir hissəsinin açıq yerə düşdüyü, digərlərinin isə zərərsizləşdirildiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, qatil İsrail ordusundan verilən yazılı açıqlamada, Tel-Əvivin bir çox yerində xəbərdarlıq sirenlərinin səslənməsinin ardından Livandan 5 raketin atıldığının təsbit edildiyi qeyd edilib.
“Yedioth Ahronot” qəzeti zərərsizləşdirilmiş raketlərdən düşən qəlpələrin Petah Tikva şəhərində qəbiristanlıqda yanğına səbəb olduğunu yazıb. Bu hücumla İsrailin mərkəzi hissəsi bazar ertəsi səhərindən bəri üçüncü dəfə raket hücumuna məruz qalıb.