Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada sionist İsrail qüvvələrinin ölkənin cənubundakı Qaziyyə qəsəbəsinə hücumuna reaksiya verilib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda bu ifadələr yer alıb:
"Livanın cənubunda sülh və sabitliyin bərqərar olmasını istəyən bütün ölkələr İsrailin Livana qarşı davam edən və sonuncu hücumu bu gün Qaziyyə qəsəbəsində həyata keçirilən hücumlarını pisləməlidir.
Beynəlxalq ictimaiyyət İsrailin Livanda müharibəni genişləndirmək üçün təxribatçı cəhdlərinin qarşısını almaq üçün təzyiq göstərməlidir. İsrailin Livanın və bütün regionun təhlükəsizliyini və sabitliyini təhdid etdiyini nəzərə alsaq, nəticə fəlakət və dağıntıdan başqa bir şey olmayacaq”.