Livan: İsrail ölkənin işğal edilmiş ərazilərindən çıxmalıdır

Livan: İsrail ölkənin işğal edilmiş ərazilərindən çıxmalıdır

Livanın müdafiə naziri İsrail ordusundan “Məzare Şəbaa” və işğal edilmiş Livan ərazilərinin qalan hissəsindən çıxmağı tələb edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Livanın müdafiə naziri Salim Muris bunu ölkə mətbuatına açıqlamasında deyib.

"Livan ordusuna aid edilən hər hansı pozuntu İsrailin havada, dənizdə və quruda təkrar təcavüzləri ilə heç də müqayisə oluna bilməz. Beynəlxalq ictimaiyyət İsraili pisləmək və onun suverenliyimizi pozmasının qarşısını almaq üçün heç bir səy göstərmir”, deyə Livanın müdafiə naziri İsraildən işğal etdiyi ərazilərdən çıxmağı tələb edib.

Qeyd edək ki, İsrail 2000-ci ildə Livanın cənubundan geri çəkildikdən sonra təxminən 200 kvadrat kilometrdən çox ərazisini hələ də işğalda saxlayır. Bu ərazilər "Məzar-Şəba" və "Tilal Kəfar-Şuba" bölgələridir. Bununla yanaşı İsrail intensiv olaraq Livanın su hövzəsi və hava məkanını da pozur.

Xəbəri paylaş

VİDEOLAR