Livanın islami müqaviməti işğal olunmuş Fələstin ərazilərinin şimalında üç sionist qəsəbəyə raket zərbəsi endirdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Livan islami müqaviməti yaydığı bəyanatda bildirib ki, Qəzzə zolağında mətanətli Fələstin xalqına, onların cəsarətli və şərəfli müqavimətinə dəstək məqsədilə, həmçinin sionist düşmənin Livanın cənubundakı kənd və yaşayış məntəqələrinə hücumlarına, xüsusən də bu gün səhər saatlarında “Naqura” qəsəbəsinə edilən hücuma cavab olaraq, islami müqavimət mücahidləri növbəti dəfə katyuşa raketləri ilə “Ayn Yakov”, “Gaton” və “Yəhyam” qəsəbələrini hədəfə alıblar.