Livan: İrail bölgəni müharibəyə sürükləyir

Livan: İrail bölgəni müharibəyə sürükləyir

Livanın baş naziri Nəcib Mikati İsrail rejiminin Livana qarşı törətdiyi cinayətlərə münasibət bildirərək, "İsrail bölgəni müharibəyə sürükləyir" deyib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Livanın baş naziri Nəcib Mikati sionist İsrailin ölkəsinə hücumlarına reaksiya verərək deyib:

"İsrailin hava məkanımızı pozmasına dözə bilmərik".

Mikati İsrailin Livandakı hücumları ilə bağlı BMT-yə şikayət edəcəklərini açıqlayıb.

Mikati, "İsrail bölgəni müharibəyə sürükləyir" deyərək, beynəlxalq ictimaiyyətdən hücumları dayandırmaq üçün hərəkətə keçmələrini istəyib.

Bu gün Livanın cənubundakı Sur şəhərinin Ayn Baal qəsəbəsində qatil İsrail ordusunun pilotsuz uçuş aparatı (PUA) ilə bir avtomobilə təşkil etdiyi hücumda 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR