Livan hökümətinin cəsur bir qərara ehtiyacı var - Hizbullah

Livan hökümətinin cəsur bir qərara ehtiyacı var - Hizbullah

Livan Hizbullahının Mərkəzi Şurasının üzvü Şeyx Nəbil Kavuk hökümətə səslənib

Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahının Mərkəzi Şurasının üzvü Şeyx Nəbil Kavuk ölkə gündəmilə bağlı açıqlama verib.

O “Ölkənin livanlıların maraqlarına zidmət etməsi üçün cəsur bir qərar verməsinə ehtiyacı vardır”, - deyə bildirib.

Şeyx Nəbil KavukLivan hökümətinin 1 milyard 200 milyon dollarlıq Avropa təhvili borcunu ödəmə qərarına işarə edərək “Livanın çox borcu var və Livanlıların maraqlarını və bank depozit sahiblərinin hüquqlarını qorumaq üçün cəsarətli qərar verilməsi gözlənilirdi.”, - əlavə edib.

Hizbullah rəsmisi xarici borcların, insanların və depozit sahiblərinin pulları ilə ödənməsini əsla qəbul etməyəcəklərini önə çəkərək deyib: “İnsanların hüququnu qoruyan, yoxsulların dolanışığına ziyan verməyən bir həll yolunu dəstəkləyirik.”

Xəbəri paylaş

VİDEOLAR