“Livanda 2,080,000 suriyalı qaçqın var. Habelə ölkə həbsxanalarındakı məhbusların 42 faizi suriyalılardır.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Livanın Baş Təhlükəsizlik İdarəsinin sədri Abbas İbrahim deyib.
Suriyalı qaçqınların vəziyyəti ilə bağlı keçirilən mətbuat konfransında Livan rəsmisi bildirib ki, ölkədə 2,080,000 suriyalı qaçqın var.
Mətbuat konfransında suriyalı qaçqınların tezliklə ölkələrinə qayıtmasının zərurirliyindən danışan Livan hökumət rəsmisi bildirib ki, bu sayda əcnəbilərin qaçqın statusunda ölkədə qalması təkcə iqtisadi baxımdan deyil, təhlükəsizlik və ictimai baxımdan da fəsadlar törədir.
O bildirib ki, ölkə həbsxanalarında olan məhbusların 42 faizi suriyalıdır.
İndiyə qədər suriyalıların könüllü şəkildə geri göndərilməsi proqramı çərçivəsində 540 min nəfərin Suriyaya qaytarıldığını deyən Livan rəsmisi, hazırda ölkədə bu layihə çərçivəsində fəaliyyət göstərən 17 mərkəzin olduğunu vurğulayıb və işin sürətləndirilməsini istəyib.