Livan Hizbullah Hərəkatı şənbə axşam saatlarında yaydığı bəyanatda sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalındakı bazasını hədəf aldığını elan edib.
Rasthaber Azərbaycan-ın verdiyi xəbərə görə, Livan Hizbullah Hərəkatının bu hücumla bağlı yaydığı bəyanatında deyilir: “İslami müqavimətin mücahidləri Qəzza zolağında mətanətli Fələstin xalqına dəstək, onların cəsarətli və şərəfli müqavimətinə dəstək olaraq, şənbə günü saat 15:40-da Bəyaz Bəlidə mövqeyini hədəfə alıb.”
Bəyanata əsasən, bu sionist bazası dəqiq və birbaşa raketlə hədəfə alınıb.