Livan Hizbullahı sionist hərbçilərin toplanma mərkəzini darmadağın etdi

Livan Hizbullahı sionist hərbçilərin toplanma mərkəzini darmadağın etdi

Livanın İslami müqaviməti növbəti dəfə işğal olunmuş Fələstinin şimalında sionist rejimin 2 hərbi toplanma mərkəzini hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın yaydığı bəyanatda bildirilir: “İşğalçı qüvvələrin Şlomi qəsəbəsində toplanmasını uyğun raketlə hədəf aldıq.”

Bəyanatda əlavə olunur: “Bu hücum Qəzzə zolağında mətanətli Fələstin xalqına, cəsur və şərəfli Fələstin müqavimətinə dəstək məqsədilə həyata keçirilib.”

Xəbərdə qeyd olunur ki, bu hücum həm də İsrailin Livanın cənubundakı kəndlərə və yaşayış evlərinə, o cümlədən son vaxtlar sionistlərin hədəfinə çevrilmiş “Əl-Naqurə” qəsəbəsinə hücumlarına cavab olaraq həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR