9.03.2021 12:38:22
Bəyanatda qeyd olunub ki, bu ziyarət milli birlik və İraqın suverenliyi üçün çox önəmlidir.
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahı Papa Fransisin İraq ziyarətini təqdiredən bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, bu ziyarət milli birlik və İraqın suverenliyi üçün çox önəmlidir.
Bazar ertəsi yayımlanan bəyanatda həmçinin Papa Fransisə İraq səfərinə görə təşəkkür ounub.
"Son 20 ildə İraq ABŞ işğalçıları və terrorçu qruplaşmalar tərəfindən başladılan müharibə ilə üz-üzədir. Papa Fransisin bu ölkəni ziyarətinin İraqın reqional və beynəlxalq miqyasda rol oynayan mövqeyinə dönməsi üçün bir qapı olacağını umuruq.
Papanın bu ziyarətinin milli birliyin gücləndirilməsi və İraqın suverenliyinin təmin olunmasında başlanğıc olmasını ümid edirik.", -deyə bəyanatda qeyd olunur.