Livan İslami Müqaviməti ayrı-ayrı bəyanatlar yayaraq, Sionist rejimin hərbi toplantıları, hərbi bazaları və casus obyektləri bugünkü hücumların hədəfi olduğunu elan edib.
Az.rasthaber.org xəbər verir ki, Livan İslami Müqaviməti ilk bəyanatında belə elan edib ki, Livan İslami Müqavimətinin döyüşçüləri müqavimət göstərən Fələstin xalqını dəstəkləmək və onun cəsur və şərəfli müqavimətini dəstəkləmək istiqamətində bu gün cümə axşamı günü İsrail rejimi əsgərlərinin “Əl-Mutla” hərbi bazası ətrafında toplaşdıqları yerləri raketlə hədəfə alıblar.
Livan İslami Müqaviməti ikinci bəyanatında deyib: İslami müqavimət döyüşçüləri bu gün öz raket hücumları ilə İsrail əsgərlərinin "Əl-Bağdadi" bazasında toplaşdıqları yerləri hədəfə alıb və nəticədə düşmənə müəyyən itkilər veriblər.