Livan Hizbullahı İsrailə aid pilotsuz təyyarəni nəzarətə götürüb

Livan Hizbullahı İsrailə aid pilotsuz təyyarəni nəzarətə götürüb

İsrail mediası bazar günü bildirib ki, ötən həftə Hizbullah qüvvələri sionist Əl-Mutla qəsəbə şurasına məxsus İsrail pilotsuz təyyarəsini nəzarətə götürə bilib.

Az.rasthaber.com xəbər verir ki, bu dron zərərin miqdarının xəritəsini çəkmək və təsvir etmək üçün istifadə edilib.

Livan Hizbullahının bu pilotsuz uçan aparatı nəzarət altına aldıqdan sonra sərbəst buraxdığı açıqlamada deyilir: "İslami müqavimət döyüşçüləri Qəzza zolağında sabit Fələstin xalqına dəstək və onların cəsur və şərəfli müqavimətinə dəstək olaraq İsrail düşməninin “Sky Lark” pilotsuz təyyarəsini nəzarətə götürüblər.

Xəbəri paylaş

VİDEOLAR