Livan Hizbullahı bu gün (bazar günü) Fransada İslam dəyərlərinə qarşı təhqiramiz hərəkətlər və İslamofobiyanın qaytarılmasını pisləyərək bu barədə bir bəyanat verib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Hizbullah tərəfindən verilən bəyanatda qeyd olunub: "Hizbullah Məhəmməd (s) peyğəmbərə qarşı qəsdən edilən təhqiri kəskin şəkildə qınayır".
Fransa prezidenti Emmanuel Makronun karikaturaları yayımlamaqdan imtina etməyəcəyinə dair sözlərinə diqqət çəkilərək, Fransa rəsmi orqanlarının Rəhmət peyğəmbərinə (s) qarşı həqarətlərə təşviqedici münasibətinin qəbul edilməyəcəyi vurğulanıb.
İslam dininə və müsəlmanlara qarşı nifrət çıxışlarının bu karikaturalarla geri gətirildiyi bildirilən açıqlamada, belə qeyd olunub: "Fransadakı yayımlar, uzun illər Fransa və digər Avropa ölkələrində yaşayanlar da daxil olmaqla 2 milyarddan çox müsəlmanın hisslərinə təsir edir.
Saxta ifadə azadlığı iddiaları adı ilə qəbul edilə bilməz. İslam Peyğəmbərinin (s) və səmavi dinlərin təhqir olunmasına səbəb ola bilməz. Fransa səlahiyyətlilərini dinlərə hörmət etməyə və beynəlxalq səviyyədə gərginliyin daha da artmasının qarşısını almağa öz töhfələrini verməyə dəvət edirik".
Son iki həftədə Fransa nəşrində alçaldıcı karikaturanın yayımlanması İslam cəmiyyətlərini qəzəbləndirib. Oktyabrın 21-i Emmanuel Makronun ifadə azadlığı bəhanəsi ilə bu hərəkəti dəstəklədiyi sözləri qəzəbi daha da artırıb və Ərdoğan ilə İmran Xan daxil olmaqla bir çox ölkədəki rəsmilər Fransa prezidentinin mövqeyini qınayıb.