Livan erməniləri Dağlıq Qarabağa köçürülür

Livan erməniləri Dağlıq Qarabağa köçürülür

Rəsmi Bakı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini pisləyib

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, sentyabrın 18-dən sonra daha iki livanlı erməni ailəsinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürüləcəyi gözlənilir, Ermənistan KİV-ləri xəbər verir.

İlk livanlı erməni ailələri təxminən iki həftə bundan əvvəl Dağlıq Qarabağda məskunlaşmağa başlayıb. Erməni informasiya agentliklərinin məlumatına görə, iki belə ailə artıq keçmiş Dağıq Qarabağ Muxtar Vilayəti ərazisindən kənarda, işğal altında olan kəndlərdən birində yerləşdirilib, daha bir ailə Şuşada məskunlaşıb.

Rəsmi Bakı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini pisləyib. Azərbaycanı Prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi Yerevanın hərəkətlərini "müharibə cinayəti" kimi səciyyələndirib.

Xəbəri paylaş

VİDEOLAR