Əli Şəmxaninin istefası ilə bağlı xəbərlərə aydınlıq gətirilib

Əli Şəmxaninin istefası ilə bağlı xəbərlərə aydınlıq gətirilib

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxaninin vəzifəsindən istefa verməsi xəbərləri təkzib edilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İranın Milli Təhlükəsizlik Ali Şurasına yaxın olan “NourNews” saytı kontr-admiral Əli Şəmxaninin istefası və ya işdən azad olması ilə bağlı xəbərləri təkzib edib.

Qeyd edək ki, Şəmxaninin istefası ilə bağlı xəbələrin yayılması illər öncə Müdafiə Nazirliyində onun müavini olmuş  və son dövrlərdə Britaniyaya cəsusluq ittihamı ilə həbs edilən Əlirza Əkbəri ilə bağlıdır.

Belə ki, İran Kəşfiyyatı bəyanat yayaraq, Əlirza Əkbərinin Şəmxaninin müavini olduğu dövrdə Britaniyaya cəsusluq etdiyi haqda geniş detallar açıqlayıb. Daha sonra İran Məhkəməsi onun edama məhkum edildiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR