Əli Laricani Ayətullah Xameneinin müşaviri oldu

Əli Laricani Ayətullah Xameneinin müşaviri oldu

İran Parlamentinin 3 çağırışda spikeri olan Laricaniyə yeni vəzifə verildi

 Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Əli Laricanini öz müşaviri və Məsləhət Şurasının üzvü təyin edilməsinə dair sərəncam imzalayıb.

Ayətullah Xameneinin sərəncamında deyilir: "İran İslam Şurası Məclisinə üç çağırışda sədrlik xüsusiyyət təşkil etməklə müxtəlif bölmələrdəki müdiriyyət dövründə malik olduğunuz faydalı təcrübələrə əsasən, sizi Rəhbərin müşaviri və İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının üzvü təyin edirəm. Ümid edilir ki, bu məsuliyyət quruluşun yüksək hədəflərinin xidmətində olacaq."

Xəbəri paylaş

VİDEOLAR