Leyn: ABŞ Çinə liberal dəyərləri zorla qəbul etdirməyə son qoymalıdır, əks halda müharibə qaçılmazdır

Leyn: ABŞ Çinə liberal dəyərləri zorla qəbul etdirməyə son qoymalıdır, əks halda müharibə qaçılmazdır

Bu fikri məşhur ABŞ-lı politoloq Kristofer Leyn “Foreign Affairs” jurnalındakı məqaləsində səsləndirib.

Rasthaber xəbər verir ki, ABŞ və Çin qaçılmaz toqquşma kursunu götürüb.

Bu fikri məşhur ABŞ-lı politoloq Kristofer Leyn “Foreign Affairs” jurnalındakı məqaləsində səsləndirib.

Leyn hesab edir ki, Pekin və Vaşinqton arasındakı münasibətlərin Almaniya və Böyük Britaniyanın 1-ci Dünya müharibəsindən öncəki münasibətləri ilə oxşardır.

Mütəxəssisin sözlərinə görə, ABŞ Çinlə müharibədən qaçmaq üçün, görünür ki, “Tayvana verdiyi zəmanətləri təshih etməli və Çinin ada ilə bağlı siyasətini qəbul etməlidir”.

Bundan başqa, Leyn bildirib ki, ABŞ tərəfi bütün dünyaya, o cümlədən də Çinə liberal dəyərləri zorla qəbul etdirməyə son qoymalıdır.

Onun fikrincə, bu, gərginliyi azaltmağa imkan verə bilər.

Lakin ekspert əmindir ki, Ağ Ev heç vaxt belə bir addım atmayacaq, çünki bu, faktiki olaraq, ABŞ-ın dünyadakı hakim mövqe tutma iddialarının sonu demək olacaq.

Xəbəri paylaş

VİDEOLAR