Əlcəzair prezidenti ilk dəfə olaraq Fransaya səfər edəcək

Əlcəzair prezidenti ilk dəfə olaraq Fransaya səfər edəcək

Əlcəzair prezidenti hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq may ayında Fransaya səfər edəcək.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Əlcəzairin Prezident Administrasiyası məlumat yayıb.

Administrasiyadan verilən açıqlamaya görə, səfərin tarixi prezident Əbdülməcid Tabun ilə fransalı həmkarı Emanuel Makron arasında telefon danışığı zamanı müəyyən edilib.

Məlumata görə, Tabun və Makron telefon danışığında ikitərəfli münasibətlərin vəziyyətini də müzakirə ediblər.

Bu səfər Əlcəzair prezidentinin 2019-cu ildə hakimiyyətə gəlişindən sonra ilk səfərdir.

Qeyd edək ki, prezident Tabunun hakimiyyəti "müstəmləkə dövrünün sənədləri" (1830/1962), eləcə də immiqrasiya problemləri səbəbindən Fransa ilə münasibətlərdə bir neçə gərginlik mərhələsi ilə yadda qalıb.

Xəbəri paylaş

VİDEOLAR