Əlcəzair fransızcadan ingiliscəyə keçmə qərarı verdi

Əlcəzair fransızcadan ingiliscəyə keçmə qərarı verdi

Əlcəzairdə 2023-2024-cü tədris ilindən etibarən universitetlərdə tədris dilinin ingilis dili olmasına qərar verilib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Əlcəzair Ali Təhsil Nazirliyi gələn tədris ilindən etibarən universitetlərdə fransız dili əvəzinə ingilis dilinin keçiləcəyi üçün hazırlıqlara başlayıb.

Nazirlik bu məsələ ilə bağlı ali təhsil müəssisələri ilə əlaqə saxlamağa və hazırlıq görüşlərinin təşkilinə çağırıb.

2022-ci il sentyabrın 28-də nazirlik universitetlərdə ingilis dilini dəstəkləmək və təşviq etmək qərarına gəlmiş və bununla bağlı işə başlamışdı.

Əlcəzair universitetlərində ilk xarici dil olaraq fransız dilinin ingilis dili ilə əvəzlənməsi son illər ictimaiyyətdə tez-tez müzakirə edilən məsələlərdən idi. Bu addımın 1830-1962-ci illər arasında Fransa müstəmləkəsi altında olan Əlcəzair və Fransa arasında davam edən siyasi problemlərlə bağlı olduğu da bildirilir.

Ümumilikdə fransız dilinin təsirindən qurtulmaq meylinin mövcud olduğu ölkədə indiki rəhbərlik dövlət məktəblərində ingilis dilinin tədrisinə dəstək verməklə tədricən fransız dilinin hökmranlığından qurtulmağa çalışır.

Xəbəri paylaş

VİDEOLAR