Qərb “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı”nın (ATƏT) öz fəaliyyətini dayandırması üçün əlindən gələn hər bir şeyi edir.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Baş katibi Feridun Sinirlioğlu ilə apardığı danışıqlar zamanı bildirib.
O deyib ki, Moskvanın fikrincə, ATƏT-i yalnız konsensus (ortaq məxrəc) xilas edə bilər.
Lavrovun sözlərinə görə, Qərb şeytandan başqa heç nəyə inanmır.
“Qərb isə, – heç onun nəyə inandığını da bilmirəm, bəlkə də, artıq şeytandan başqa heç nəyə inanmır, – konsensusun dağılması üçün hər bir şeyi edir“, – deyə o qeyd edib.