Lavrov: Qərb dünyanı öz prinsipləri ilə idarə etmək istəyir

Lavrov: Qərb dünyanı öz prinsipləri ilə idarə etmək istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin onun səfərini ləğv etmək addımını tənqid edib.

 

“Qərblilər dünyanı öz prinsipləri və standartları ilə idarə etmək istəyirlər. Bu gün baş verənlər qəbuledilməz və ağılsızlıqdır”.
“Moskva Tayms”ın məlumatına görə, Lavrov bu qərarın Rusiyanın xarici siyasətdən məhrum edilməsi olduğunu bildirib. O, həmçinin bu addımın Serbiyanın Rusiya ilə xarici əlaqələrinin kəsilməsi məqsədi ilə hazırlandığını və bunun qəbuledilməz olduğunu bildirib.
Rusiya xarici işlər naziri deyib:
“Bu, NATO və Avropa İttifaqının öz milli maraqları ardınca olan ölkələrə necə təzyiq göstərdiyinin daha bir bariz nümunəsidir. Qərb beynəlxalq münasibətlərdə ölkələrin prinsiplərinə öz qaydalarını tətbiq etmək istəyir. Qərbin bu cür hərəkətləri bizim üçün təəccüblü deyil, çünki onlar açıq şəkildə bildiriblər ki, Rusiya ilə əlaqələri olan ölkələrə qarşı bütün vasitələrdən istifadə edəcəklər”.

 

Xəbəri paylaş

VİDEOLAR