Lavrov nüvə müharibəsindən danışdı

Lavrov nüvə müharibəsindən danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov nüvə silahına sahib dövlətlər arasında hərbi toqquşma riskinin istisna edilməsinin vacibliyini vurğulayıb.

Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Rusiya XİN başçısı Lavrov, Xirosimanın nüvə hücumuna məruz qalmasının 75-ci il dönümündə çıxış edib.

“Nüvə dövlətləri arasında hərbi toqquşma riskini və nüvə müharibəsi ehtimalını istisna etmək lazımdır. Qəti şəkildə əminik ki, belə bir müharibənin qalibi ola bilməz və o, heç vaxt başladılmamalıdır. Biz bütün nüvə dövlətlərinə bu postulata sadiq olduqlarını rəsmi şəkildə təsdiq etməklərini təklif edirik”, – deyə o qeyd edib.

O deyib ki, ölkəsi bu gün silahlanmaya nəzarət üzrə beynəlxalq sistemin tənəzzülünə böyük əndişə ilə tamaşa edir.

O əlavə edib ki, Xirosima və Naqasaki nüvə bombardmanı kimi faciələrin təkrarlanması yolverilməzdir.

Xəbəri paylaş

VİDEOLAR