Lavrov Moskvada HƏMAS liderini qəbul edib

Lavrov Moskvada HƏMAS liderini qəbul edib

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada HƏMAS-ın lideri İsmayıl Həniyyənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, bazar ertəsi axşam Lavrov Fələstinin Həmas hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin başçılıq etdiyi nümayəndə heyətini Moskvada qəbul edib.
Tərəflər bütövlükdə Yaxın Şərq regionunda və xüsusilə də Fələstin problemində baş verənləri müzakirə ediblər. Rusiya XİN rəhbəri Fələstin Azadlıq Təşkilatının siyasi platforması çərçivəsində Fələstin milli birliyinin sürətlə bərpasının vacibliyini vurğulayıb və münaqişənin həllinin vacibliyini qeyd edib. O, Fələstin-İsrail münaqişəsinin tanınmış beynəlxalq hüquqi əsasda, Təhlükəsizlik Şurasının və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələri, habelə Ərəb Sülh Təşəbbüsü əsasında həllinə çağırıb.

Bu görüşdən öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS-ın nümayəndə heyəti ilə ətraflı məsləhətləşmələr aparıb.

Xəbəri paylaş

VİDEOLAR