7.10.2021 12:05:47
Rusiya XİN-in rəhbəri onu da qeyd edib ki, Türkiyə və Azərbaycan kimi İran da bu təşəbbüsə müsbət yanaşır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə "3+3" formatının yaradılması məsələsi müzakirə olunur.
"Bu kontekstdə biz "3+3" – üç Cənubi Qafqaz ölkəsi və üç böyük qonşu, Rusiya, İran və Türkiyə- formatının yaradılması təşəbbüsünü müzakirə etdik", - deyə Lavrov vurğulayıb.
Rusiya XİN-in rəhbəri onu da qeyd edib ki, Türkiyə və Azərbaycan kimi İran da bu təşəbbüsə müsbət yanaşır.
O, "Ermənistandan olan həmkarlarımızla bu məsələ üzərində işləyirik", – deyə bildirib.
Lavrov Gürcüstanın da bu formata maraq göstərəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olarkən Cənubi Qafqaz ölkələri və regionun üç qonşu dövlətinin iştirakı ilə "3+3" əməkdaşlıq formatının yaradılmasını təklif etmişdi.