Lavrov erməni nazirə: Atəşkəsə tam əməl edilmir

Lavrov erməni nazirə: Atəşkəsə tam əməl edilmir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rejiminin XİN başçısı Zöhrab Mnatsakanyanla görüşüb

Rasthaber Azərbaycan xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskvada Qarabağla bağlı humanitar atəşkəsə tam əməl edilmir.

O, bu barədə işğalçı Ermənistan rejiminin XİN başçısı Zöhrab Mnatsakanyanla danışığın əvvəlində bildirib.

Lavrov xatırladıb ki, ötən həftə Moskvada Azərbaycan, Rusiya və Ermənitan XİN başçılarının danışıqları baş tutub.

Rusiyalı nazir deyib ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə əhəmiyyətli razılıq əldə edilib.

“Biz görürük ki, bu razılığa hələ tam əməl edilmir və döyüş əməliyyatları davam edir”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR