Lavrov: Dünyada Qərbin şıltaqlığından asılı olmayan yeni sistem qurulur

Lavrov: Dünyada Qərbin şıltaqlığından asılı olmayan yeni sistem qurulur

Amerikan qloballaşması başa çatıb, Qərbin şıltaqlığından asılı olmayan yeni sistem qurulur.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” beynəlxalq forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya Qərbin özünün tam etibarsızlığını, danışıqlara yaramadığını və hiyləgərliyini sübuta yetirərək yaratdığı qloballaşma proseslərində vicdanla iştirak edəcəyi və onlardan sui-istifadə etməyəcəyi illüziyasına qapılmaq istəmir.

"Amerikan qloballaşması başa çatıb. Bəzi qalıq proseslər qaçılmaz olaraq yaşanmalı olacaq, lakin paralel olaraq həm maliyyə, həm də logistikada yeni sistem qurulur. Bu, Qərbdəki keçmiş tərəfdaşlarımızın qəribəliklərindən və üstünlük hisslərindən asılı olmamalıdır”, deyə Lavrov vurğulayıb.

Rusiya XİN başçısı ölkəsinin BRİCS, ŞƏT, Aİİ və MDB çərçivəsində real tərəfdaşlarının olduğunu da əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR