"ABŞ soyuq müharibənin başa çatmasından sonra təxminən 300 dəfə başqalarının torpaqlarına soxulub."
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib.
“ABŞ, fikrimcə, soyuq müharibənin bitməsindən, şərti olaraq 1990-cı ildən sonra təxminən 300 dəfə yad əraziyə müdaxilə edib”, – deyə o qeyd edib.
Sergey Lavrov mətbuat konfransında həmçinin Ərəb ölkələrinin Qərbin sanksiyalarına qoşulmadığına görə, təqdir də edib.