Lapid Netanyahunu istefaya çağırıb

Lapid Netanyahunu istefaya çağırıb

Sionist İsrailin əsas müxalifət lideri Yair Lapid bəyan edib ki, baş nazir Benyamin Netanyahu, 7 oktyabr hücumlarına səbəb olan uğursuzluğa görə istefaya qərar verən Hərbi Kəşfiyyatın rəisi general-mayor Aharon Haliva kimi, məsuliyyəti öz üzərinə götürməli və istefaya getməlidir.

Az.rasthaber.com xəbər verir ki, X sosial media platformasında verdiyi açıqlamada Lapid, Halivanın istefasının "şərəfli" olduğunu və "haqlı" səbəblərə əsaslandığını vurğulayaraq, Netanyahunun da eyni şəkildə hərəkət etməsini istəyib.

Lapid bildirib:

"Səlahiyyətlə birlikdə ağır bir məsuliyyət gəlir. AMAN (İsrail Hərbi Kəşfiyyat İdarəsi) direktorunun təqaüdə çıxmaq qərarı haqlı və şərəflidir. Baş nazir Netanyahunun da bunu etməsi uyğun olardı".

İsrail ordusundan verilən açıqlamaya görə, general-mayor Haliva bu gün istefa məktubunu Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edib.

7 oktyabr hücumlarına səbəb olan uğursuzluğa görə istefaya qərar verən Haliva istefa məktubunda bildirib:

"Komandirliyimdəki kəşfiyyat birliyi öz missiyasını yerinə yetirə bilmədi. Müharibənin ağrısını əbədi olaraq çəkəcəyəm. İndi istəyirəm məsuliyyəti öz öhdəsinə götürmək və vəzifəmi bitirmək”. 

Haliva 7 oktyabr hücumlarından sonra uğursuzluğunu qəbul edən və istefaya qərar verən ilk yüksək rütbəli İsrail hərbçisi oldu.

Xəbəri paylaş

VİDEOLAR