Əl-Əzhərin Şeyxi Qahirədə İmam Hüseyn (ə) məscidini ziyarət edib

Əl-Əzhərin Şeyxi Qahirədə İmam Hüseyn (ə) məscidini ziyarət edib

Şeyx Əhməd Ət-Tayyib İmam Hüseyn (ə) məscidini ziyarət edib, bu məsciddə və əlaqədar binalarda aparılan abadlıq işlərinə baxıb.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi bu görüşdə İmam Hüseyn (ə) məscidində yerləşən yeni hərəmdə aparılan təmir və yenidənqurma işləri ilə tanış olub. O, həmçinin məscidin daxili və çöl həyətlərində görülən işlər, memarlıq bəzəkləri, məscidin xidmət və imkanlarının hərtərəfli inkişafı haqqında maraqlanıb. Habelə türbəni və ona aparan küçələri ziyarət edib.

Prezident Əbdülfəttah əs-Sisi Qahirədə İmam Hüseyn (ə) məscidinin yenidən qurulması başa çatdıqdan az sonra açılışını etmişdi.

İmam Hüseyn məscidi (ə) bu məscidlərin ən böyüyüdür və 6-cı hicri əsrinə aiddir. Rəvayətə görə, bu məscid İmam Hüseynin (ə) pak başının dəfn olunduğu yerdir.

Xəbəri paylaş

VİDEOLAR