Əl-Əzhər: Fələstin hələ də İslam dünyasının əsas məsələsidir

Əl-Əzhər: Fələstin hələ də İslam dünyasının əsas məsələsidir

Misirdəki Əl-Əzhər Araşdırmalar Dərnəyi sionist mühacirlər tərəfindən Məscidül-Əqsanın işğalını pisləyib və Fələstinin hələ də ərəb dünyasının əsas məsələsi olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Misirin əl-Yəvm əs-Sabah qəzeti mövzu ilə bağlı bunları yazıb:

"Əl-Əzhər İslam Araşdırmaları Dərnəyinin Qüds və Dialoq Komitəsi sionist mühacirlər tərəfindən hərbi birləşmələrin dəstəyi ilə Məscidül-Əqsa həyətlərinə hücumu və bu müqəddəs məkanda Talmud mərasimlərinin keçirilməsini qətiyyətlə pisləyib".

Bu komitə bəyanatında həmçinin sionist mühacirlərin Qiryat Ərbə şəhərinin şərqindəki əl-Xəlildə bazar ertəsi başlayan və şəhərin köhnə hissəsinin küçələri və İbrahim türbəsi ətrafında davam edən təxribatçı yürüşünü pisləyib.

Komitənin bəyanatında bildirilib:

"Fələstin məsələsi hələ də ərəb və islam dünyası xalqları üçün əsas məsələdir və bu xalqlar öz torpaqlarının qiymətli bir hissəsinin İsrail tərəfindən işğalını heç vaxt unutmayacaqlar, xüsusən də bu bölgə dünya müsəlmanları üçün ilk qiblədir".

İslam Araşdırmaları Dərnəyi bəyanatın davamında qəsbkar sionist rejimin Məscidül-Əqsanı zaman və məkan baxımından bölməklə Qüdsün ərəb və islami kimliyini dəyişmək və fəaliyyət siyasətini mənimsəmək üçün yanaşmasına toxunub və bunu sionist rejimin şeytani planlarından tam xəbərdar olan ərəb və müsəlman gənclərin şüurunda ümidsiz və uğursuz cəhd kimi qiymətləndirib.

Bu komitə dünya liderlərini müdafiəsiz Fələstin xalqına qarşı terror və irqçi hərəkətlərə qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb və qeyd edib ki, bu insanların problemlərinin çoxu qlobal strukturun bu xalqı dəstəkləməkdə zəifliyindən qaynaqlanır.

Əl-Əzhər İslam Araşdırmaları Dərnəyinin Qüds Komitəsi Məscidül-Əqsa müdafiəçilərini təqdir edib və vurğulayıb: “Biz onların əllərini hərarətlə və səmimiyyətlə sıxırıq və Allahdan onları bu müqavimətdə möhkəm etməsi üçün dua edirik”.

 

Xəbəri paylaş

VİDEOLAR