Livan qəzeti: Rusiya "Hizbullah"ın Suriyadakı varlığını zəruri sayır
Rasthaber Azərbaycan eastnews-a istinadlı verdiyi xəbərə görə, Livan qəzeti "Hizbullah" heyətinin Rusiya səlahiyyətliləri ilə görüşü zamanı Moskvanın Livan "Hizbullah" döyüşçülərinin Suriya torpaqlarında davamlı olmasının vacibliyini vurğuladığını bildirib.
Livanın "Əl-Əxbar" qəzetinin verdiyi məlumata görə, Moskvanın Suriyada "Hizbullah" varlığına qarşı çıxması barədə müxalifət mediasında yer alan xəbərlərdən sonra Moskvanın iddialara zidd olaraq "Hizbullah" döyüşçülərinə ehtiyacı olduğu vurğulanıb.
"Hizbullah" hərəkatının qərar şurasının üzvü və hərəkatın Livandakı parlament fraksiyasının rəhbəri Məhəmməd Raad keçən ayın ortalarında Rusiya rəsmiləri ilə danışıqlar aparmaqDAN ötrü nümayəndə heyətinə rəhbərlik etmək üçün Moskvaya yollanmışdı.
"Əl-Əxbar" qəzetinin yazdığına görə, Moskvada "Hizbullah" döyüşçülərinin hərbi performansı və peşəkarlığı, nizam-intizamı, müharibə hədəflərinə çatmaqda yüksək qabiliyyəti və eyni zamanda bu hərəkatın pragmatizmi təqdir olunub.