Sionist rejim mediası Əl-Əqsa Tufanı əməliyyatının ilk saatlarında onlarla sionist rejim əsgərinin intihar etdiyini, lakin sionist rejim kabinetinin bunu gizlətdiyini açıqlayıb.
Məzuniyyət müddəti bitdikdən sonra özünü öldürən ehtiyatda olan bir neçə əsgərdən əlavə, 10 sionist əsgər Əl-Əqsa tufanının ilk saatlarında intihar edib. Lakin sionist rejim ordusunun rəhbərliyi bu 17 əsgərin ölümünü ört-basdır edir.
RT-nin məlumatına görə, qəzet yazıb ki, İsrail ordusundan əldə edilən məlumatlara görə intihar edənlər arasında mayor və polkovnik rütbəli zabitlər də var. Bundan əlavə 10 əsgər də canına qəsd edib. Lakin sionist rejim ordusu yalan məlumat yayaraq, intihar etmiş əsgərlərin guya döyüş meydanında həlak olduğunu bildirib. Hətta onların ölümü ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edilib.