“Təcavüzkar koalisiya (Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya) təkfirçilərdən və başqalarından partlayışlar törətmək kimi cinayət planlarını həyata keçirmək üçün çox çalışdı. Düşmən dövlət və xalqın siyasi-ictimai xadimlərinə qarşı sui-qəsd əməliyyatları həyata keçirməyə çalışdı və cəhdlərin əksəriyyəti uğursuzluqla nəticələndi.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu husilərin lideri və Ənsarullah hərəkatının başçısı Əbdülməlik əl-Husi son çıxışında deyib.
O bildirib ki, Səudiyyə Ərəbistanı koalisiyası son zamanlarda Ənsarullah hərəkatının, Yəmənin “Milli Qurtuluş Hökuməti”nin siyasi xadimləri, dövlət adamları və ictimai simalarını terrora məruz qoymağa çalışıb, lakin buna nail olmayıb.
Əbdülməlik əl-Husinin sözlərinə görə Səudiyyə Ərəbistanı koalisiyası bu iş üçün Yəməndə təkfirçilərin əli ilə partlayışlardan istifadə etmək istəyib, lakin cəhdləri uğursuz olub.
O eyni zamanda qarşı tərəfə, atəşkəs fürsətlərinin daima qalmayacağını bildirib və atəşkəsin şərtlərinə əməl etməyi istəyib.