Kvemo Kartlidə daha 4 nəfər COVID-19-a yoluxub

Kvemo Kartlidə daha 4 nəfər COVID-19-a yoluxub

Sot sutkada Kvemo Kartlidə daha 4 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

Rasthaber Azərbaycan "NewsBureau"ya istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

O deyib ki, son 24 saat ərzində təsdiqlənən 182 yeni yoluxma halının 129-u Acarıstanda qeydə alınıb.

M.Ezuqbayanın sözlərinə görə, hazırda aktiv koronavirus xəstələrinin sayı 1 657 nəfər təşkil edir: “Onların 11-i kritik, 80-ə yaxını isə ağır vəziyyətdədir”.

Xəbəri paylaş

VİDEOLAR