Küveytli karateçi Məhəmməd Məşəl Əl-Uteybi Azərbaycanda keçirilən Karate 1 Premyer Liqasının üçüncü mərhələsi yarışlarında sionist rəqibi ilə qarşılaşmaqdan imtina edərək yarışlardan çəkilib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, küveytli karateçi Məhəmməd Məşəl əl-Atibi İsraili təmsil edən rəqibi ilə qarşılaşmamaq üçün beynəlxalq turnirdə iştirakdan imtina edib.
Sözügedən beynəlxalq turnir Azərbaycanda keçirilir.
Qeyd edək ki, tez-tez müsəlman idmançılar Fələstinə dəstək və İsrailə etiraz əlaməti olaraq, həmçinin İsraili tanımadıqlarını nümayiş etdirmək üçün İsraili təmsil edən idmançılarla qarşılaşmaqdan imtina edirlər.