Haniyə IV Sabahın vəfatı ilə yeni əmirə başsağlığı verib
Rasthaber Fəlsətin mediasına istinadən xəbər verir ki, Küveytin yeni əmiri Nəvaf əl-Əhməd əs-Sabah HƏMAS hərəkatının siyasi bürosunun başçısı İsmayıl Haniyə ilə telefon danışığı keçirib.
Əs-Sabah bildirib ki, Küveyt Fələstin məsələsinə sadiq qalacaq.
Haniyə IV Sabahın vəfatı ilə yeni əmirə başsağlığı verib və keçmiş əmirin Fələstin məsələsindəki dəstəyi və mövqeyini yüksək qiymətləndirib.
Küveytin yeni əmiri də, öz növbəsində, IV Sabahın Fələstinlə bağlı irsinin saxlanılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, Küveyt əmiri Sabah əl-Əhməd əs-Sabah bu həftə 91 yaşında ABŞ-da müalicə alarkən vəfat edib.