Küveytin müdafiə naziri Həmd Cabir əl-Əli və daxili işlər naziri Əhməd əl-Mənsur eyni zamanda istefa veriblər.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, müdafiə və daxili işlər nazirləri eyni zamanda istefalarını baş nazirə təqdim ediblər.
Küveytin müdafiə və daxili işlər nazirləri atdıqları addımları “parlament üzvlərinin sorğu alətindən sui-istifadə etmələrinə” etiraz olaraq əsaslandırıblar.
Qeyd edək ki, istefa verən nazirlərin hər ikisi eyni zamanda baş nazirin müavinləri hesab edilirlər.
Müdafiə naziri Həmd Cabir əl-Əli “ölkədə konstitusiyasının nəzərtə tutduğu vasitələrdən sui-istifadə edilməsinə görə dərin təəssüf hissi keçirdiyini” bildirib.
Həmd Cabir əl-Əli parlamentdə nazirlərin sorğuya cəlb edilməsini “konstitusion hüquq” kimi qiymətləndirib, lakin baş verən sui-istifadələrin onların vəfifələrini yerinə yetirməsinə maneə yaratdığını açıqlayıb.
Məlumata görə Küveytin əmiri artıq nazirlərin istefasını qəbul edib.