Küveytdən Qurana hörmətsizlik edilən İsveçə fərqli REAKSİYA

Küveytdən Qurana hörmətsizlik edilən İsveçə fərqli REAKSİYA

Küveyt hökuməti İsveçdə paylanması üçün 100 min nüsxə Qurani-Kərimin isveç dilində çap edilməsinə qərar verib.

Az.rasthaber.com xəbər verir ki, KUNA rəsmi xəbər agentliyinin məlumatına əsasən, Nazirlər Şurası həftəlik iclasında İslamın tolerant din olduğunu isveç xalqına göstərmək üçün bu ölkədə Qurani-Kərimin yayılmasını təsdiqləyib.

Baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın göstərişinə əsasən, isveç dilində 100 min Qurani-Kərim nəşr olunacaq.

Küveyt Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə İsveçdə Qurani-Kərimlərin sevgi və tolerantlıq mühitində paylanacağı vurğulanan xəbərdə bu işin dəyər və prinsiplər haqqında müsbət mesaj verəcəyi ifadə edilib.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Hadisə beynəlxalq aləmdə böyük reaksiya ilə qarşılanıb.

Xəbəri paylaş

VİDEOLAR