Küveyt İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Ər-Riyada səfərini alqışlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Küveytin xarici işlər naziri Salem Abdullah Əl-Cabir Əl-Sabah İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Ər-Riyada səfərini alqışladıqlarını bildirib:
"Bu səfər tərəflərin İran-Səudiyyə Ərəbistanı əlaqələrinin yenidən qurulması istiqamətində səylərini və regionun sabitliyini və təhlükəsizliyini qorumaq əzmini nümayiş etdirir".
Küveytin xarici işlər naziri Tehran və Ər-Riyad arasında diplomatik münasibətlərin bərpasında vasitəçilik rolunu oynayan Çin, İraq və Omanın səylərini də yüksək qiymətləndirib.
Qeyd edək ki, İranın Xarici işlər naziri Əmir Abdullahiyan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində səudiyyəli həmkarı Feysal bin Ferhan və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşüb.
Əmir Abdullahiyan cümə axşamı Ər-Riyadda həmkarı ilə görüşdən sonra deyib ki, Ər-Riyad və Tehran münasibətlərin bərpasında irəliləyiş əldə edib.