Küveytdə Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 67 milyon dollar yığıldı

Küveytdə Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 67 milyon dollar yığıldı

4 saat ərzində 11 milyon dollardan artıq vəsait yığılıb

Az.rasthaber.com trthaber-ə istinadən xəbər verir ki,   Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkən insanlar üçün Küveytdə başladılan kampaniya zamanı 4 saat ərzində 11 milyon dollardan artıq vəsait yığılıb. Bu ana qədər isə məbləğ 67 milyon dolları keçib.

  Küveyt dövlət televiziyası vasitəsilə başlayan təşviqat kampaniyasına 38 mindən çox adam qatılıb. Kampaniyada xeyriyyə birlikləri, ictimai fondlar, qeyri-hökumət təşkilatları, özəl sektor və ictimaiyyətin digər üzvləri iştirak ediblər.

  Serbiyadan Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım karvanı yola salınıb.

  Bosniyalıların sıx məskunlaşdığı Serbiyanın Sancak bölgəsinin ən böyük şəhəri olan Novi Pazardan 7 yük maşını Türkiyəyə yola düşüb.

  Şəhər rəhbərliyi və bölgədəki humanitar təşkilatlar ilə əməkdaşlıq çərçivəsində toplanan yardımlardan ibarət daha 6 yük maşınının isə yaxın müddət ərzində yola düşəcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR