Küveyt Əmiri parlamenti buraxıb

Küveyt Əmiri parlamenti buraxıb

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Milli Assambleyanın buraxıldığını və konstitusiyanın bəzi maddələrinin fəaliyyətinin dayandırıldığını elan edib.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.

Yaxın Şərq mediası da öz növbəsində yazır ki, parlamentin buraxılması ilə bağlı qərar ölkədəki siyasi gərginliyə görə verilib.

“Küveyt son zaman çətin dövrlərdən keçib. Ölkəni xilas etmək və onun ali maraqlarını qorumaq üçün çətin qərar verməkdə tərəddüd və ya gecikməyə yer qoymadı ”,- deyə Əmir əlavə edib.

Milli Məclisin səlahiyyətlərini müvəqqəti olaraq Əmir və nazirlər kabineti öz üzərinə götürəcək.

Xəbəri paylaş

VİDEOLAR