5.07.2023 13:56:29
Küveyt İsveçdə Quranın yandırılmasını kəskin şəkildə pisləyir.
Az.rasthaber.com xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxışında Küveyt XİN rəhbəri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah bildirib.
“Belə addımlar beynəlxalq səviyyədə pislənməlidir, buna qarşı qəti addımlar atılmalıdır. Biz bu addımın cəzasız qalmasını istəmirik”, - o deyib.