Küveyt ‘‘Fransa mәhsullarını Türk mәhsulları ilә dәyişdir’’ kampaniyasına start verib.
Rasthaber Azərbaycan trt-yə istinadən xəbər verir ki, Küveyt vәtәndaşları rәsmi internet sәhifәlәrindә Fransa mәhsullarının boykot edilmәsi kampaniyası çәrçivәsindә ‘‘Fransa mәhsullarını Türk mәhsulları ilә dәyişdir’’ etiketini açıb.
Ölkәdәki önәmli mağazaların kampaniyaya qatıldığı bildrilir. Küveyt İstehlakçı Kooperativ Birliyi oktyabrın 23-dәn etibarәn ölkәdә Fransa mәhsullarının satılmayacağını açıqlamışdı.
Küveyt xarici işlәr naziri Әhmәd Nasır әl-Mәhәmmәd әl-Sabah bazar günü Fransanın Küveytdәki sәfiri Anne-Kler Leqadreyә ölkәsinin İslam dinini terrorla әlaqәlәndirmә siyasәtini rәdd etdiyini bildirmişdi.