"Fələstin xalqının aclığından silah kimi istifadə edilməməlidir!"
Az.rasthaber.com xəbər verir ki, Küveytin rəsmi agentliyi KUNA-nın xəbərinə görə, FAO-nun alt komitələrindən biri olan “Dünya Ərzaq Təhlükəsizliyi”nin illik iclasında işğalçı sionist İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı tətbiq etdiyi blokada və aclıq müzakirə edilib.
FAO-nun Romadakı baş qərargahında keçirilir.
Küveytin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yanında daimi nümayəndəsi Yusuf Cehıl, bu iclasda Ümumdünya Ərzaq Təhlükəsizliyi Komitəsinə üzv ölkələrdən “FAO konvensiyasına uyğun olaraq hər kəsin ayrı-seçkilik olmadan qida əldə etmək hüququnu dəstəkləməyi” xahiş edərək, Küveyt olaraq “Fələstin xalqının aclığından silah kimi istifadə edilməməsinə” çağırdıqlarını vurğulayıb.
Cehıl üzv dövlətlərdən və beynəlxalq ictimaiyyətdən mühasirədə olan Qəzza zolağına ərzaq və humanitar yardımın paylanmasını sürətləndirməyi və bölgədəki ciddi qida və su qıtlığına təcili həll yolları axtarmağı xahiş edib.