İran Xarici İşlər Nazirliyi Küveytdə azadlığa buraxılan 11 İran vətəndaşının ölkəyə qayıtdığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İranın Küveytdəki səfirliyi və İnterpolla əməkdaşlıq nəticəsində Küveytdə saxlanılan 11 İran vətəndaşı azad edilərək ölkəyə qaytarılıb.
İran Xarici İşlər Nazirliyi digər aidiyyatı qurumlarla birlikdə konsulluq və məhkəmə dəstəyi proqramlarında iranlı məhbusların amnistiya, azadlığa buraxılması və geri qaytarılmasına üstünlük verir.