Kətaib Hizbullah: Yaxın Şərqdəki bütün ABŞ bazalarına zərbə endirmək imkanımız var!

Kətaib Hizbullah: Yaxın Şərqdəki bütün ABŞ bazalarına zərbə endirmək imkanımız var!

İraqın müqavimət hərəkatlarından biri olan Kataib Hizbullah ABŞ-ın İordaniyadakı Tower 22 bazasında 3 əsgərinin intiqamını almağa çalışacağı təqdirdə uzaqmənzilli gizli silahlarından “istənilən vaxt və hər yerdə” istifadə etməyə hazır olduqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Kətaib Hizbullahın nümayəndəsi Newsweek jurnalına verdiyi açıqlamada bildirib:

“Biz istənilən vaxt və hər yerdə cavab verməyə hazır olduğumuzu təsdiq edirik. Hələ elan olunmamış uzaq mənzilli silahımız var. Bizim Yaxın Şərqdəki hər bir Amerika bazasına zərbə endirmək imkanımız var".

Bu nümayəndə “dəli” kimi xarakterizə etdiyi ABŞ prezidenti Co Baydenin gərginliyi artıracaq addımlar atmağa hazırlaşdığını, lakin potensial reaksiyanın hələ müəyyən edilmədiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR